Bakıda və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.
Sabah rayonlarda əsasən yağmursuz hava müşahidə ediləcək. Cənub-qərb küləyi dağlıq ərazilərdə güclənəcək.
Aran rayonlarında sabah gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlıq rayonlarda gecə 2-7 şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Küləkli hava şəraiti iki gün ərzində davam edəcək.