Hazırda elektron hökumət portalına 46 mərkəzi icra hakimiyyəti orqanı qoşulub.
"APA-Economics"in məlumatına görə, bu haqda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açıqlama verib.
Nazir müavini deyib ki, növbəti mərhələdə isə yerli icra hakimiyyəti orqanlarının qoşulması gözlənilir: “Yerli icra hakimiyyəti orqanlarının bu portala inteqrasiya olunmasına elektron hökumətin inkişafında növbəti mərhələ kimi baxılır”.
E. Vəlizadə hazırda bu istiqamətdə hazırlıq işlərinin aparıldığını bildirib.