İran İraq ilə sərhəddə 350 minə yaxın zabit və əsgərdən ibarət qoşun yerləşdirib.
APA-nın məlumatına görə, bu barədə Küveytin “Al-Rai” qəzeti xəbər verir.
Yazıda qeyd olunub ki, İran hərbçiləri İraq hökumətinin müvafiq razılığı olduqdan sonra “İŞİD”ə qarşı mübarizə üçün qonşu ölkənin ərazisinə daxil olmağa hazırdır.