../img/pics/medium/120976_fkno9uoatk.jpg Milli yaddaşımıza əbədi həkk olunmuş sərkərdə
../img/pics/medium/120972_m4vmvnk9nd.png Sönməz Səxavət Məmmədov ulduzu - Şahanə Müşfiq yazır
../img/pics/medium/120974_igift0ejcz.jpg Fransızlara "Qaragöz"lə xəsislik dərsi
../img/pics/medium/120966_kqmeb9igal.jpg Masal kimi Masallı...
SON XƏBƏRLƏR
23 Oktyabr 2018
22 Oktyabr 2018

Nail Kərimov: "Qəbələ Futbol Akademiyası Avropanın ən yaxşılarından olacaq"

Nail Kərimov: "Qəbələ Futbol Akademiyası Avropanın ən yaxşılarından olacaq"<b style="color:red"></b>

2008-ci ildə “Qəbələ” Futbol Klubu Azərbaycanda bir ilkə atdı. Ölkəmizin futbol tarixində ilk dəfə Qəbələ şəhərində Futbol Akedemiyası yaradıldı. O vaxtdan ölkəmizin aşağı yaş qrupu üzrə ən istedadlı futbolçularından bir qismi də məhz həmin akademiyaya toplaşıb. Qəbələ Futbol Akedemiyası hazırda Azərbaycan uşaq futbolunun inkişafında özünəməxsus yer turur.

Akademiya bu günə qədər nə işlər görüb, bundan sonra planları nədir? Qol.Az saytının müxbiri bu və digər suallara cavab tapmaq üçün Qəbələ Futbol Akademiyasının direktor müavini Nail Kərimovla görüşüb.


- Qəbələ Futbol Akademiyasının əsas məqsədi nədən ibarətdir?

- Bizim başlıca hədəfimiz “Qəbələ”nin əsas komandasına, o cümlədən Azərbaycanın müxtəlif yaş qrupu üzrə, eləcə də əsas milli komandalarına keyfiyyətli futbolçular qazandırmaqdır. Bununla yanaşı, akademiyamız özünü ölkəmizdən kənarda da tanıtmaq istəyir. Bildiyiniz kimi, uşaq futbolunda nəticə çox vacib deyil, əsas keyfiyyətli futbolçuların yetişdirilməsidir. Amma təəssüflə deməliyəm ki, bizdə əksər uşaq futbol məşqçilərini daha çox qələbə düşündürür. Hətta bunun üçün özlərinin oyun sistemindən, prinsipindən də imtina edirlər. Bu, doğru deyil. Biz fikirləşirik ki, akademiyanın öz sistemi olmalıdır və bu, ani uğurların qazanılması üçün dəyişdirilməməli, sabit qalmalıdır.

- Siz bu sisteminizi qura bilmisiniz?

- Bəli, bizim bütün komandalarımız eyni sistemlə oynayır, eyni məzmunlu məşqlər edirlər. Başqa yerlərdə də belə olmalıdır. Əsas odur ki, yaradılan sistem sona qədər tədbiq olunsun. O zaman artıq güclü futbolçular da yetişəcək, komandalar da gözəl oyun nümayiş etdirəcəklər. Gözəl oyun olanda isə təbii ki, yaxşı nəticə də qazanılır.

- Hazırda akademiyanızdakı futbolçuların sayı nə qədərdir?

- Akademiyamızda 150-yə yaxın futbolçu var, onların hamısı AFFA-da qeydiyyatdan keçiblər. Futbolçuların bir hissəsi yerli, digər hissəsi isə bölgələrdən cəlb olunan 7-17 yaşlı uşaqlardır.

- Regionlarda seleksiya işləriniz necə qurulub?

- Akademiyamızda bütün regionlardan oyunçular var. Onlar müxtəlif yollarla cəlb olunurlar. Belə ki, ildə ən azı iki dəfə  seleksiya günləri keçirilir. Həmin seleksiya günlərinin vaxtı klub tərəfindən təyin olunur, təxminən bir ay öncədən bu haqda mətbuat və internet vasitəsilə məlumat verilir. Seçimlərdə hər kəs iştirak edə bilər. Bundan əlavə, oyunlar zamanı seleksiyaçılarımızın diqqətini çəkən futbolçular da komandalarımıza cəlb olunurlar. Daha bir yenilik ondan ibarətdir ki, bu yaxınlarda seleksiya qrupunun fəaliyyətinə start vermişik. Təcrübəli mütəxəssis Böyükağa Ağayev seleksiya qrupuna rəhbər təyin olunub. Hazırda o, Bakıda fəaliyyət göstərir. Amma dekabrın 1-dən seleksiya qrupu ölkənin bütün yerlərində fəaliyyət göstərəcək. Məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda potensialı, istedadı olan bütün uşaq futbolçular barədə məlumatımız olsun. Ola bilər ki, onlar başqa klublarda çıxış edirlər, amma biz ölkənin bütün potensialına bələd olmaq istəyirik. Bölgələrdə işə başlayan seleksiyaçılarımız futbolçunu uzun müddət izləndikdən sonra bizim akademiyaya gətirəcəklər. Belə olan halda oyunçu haqqında tam məlumat əldə etmək mümkün olur. Təbii ki, bu, daha peşəkar yoldur və bütün dünya səviyyəli akademiyalarda tətbiq edilir.

- Hazırda Qəbələ Futbol Akedemiyasının neçə futbolçusu milli komandalarımızda oynayır?

- 19 yaşlılardan ibarət yığmalardan etibarən hər bir yaş qrupunda oynayan futbolçularımız var. Hazırda 19 və 17 yaşlılarda 2-4 futbolçumuz mütəmadi çıxış edir, amma nisbətən aşağı yaş qruplarında say dəyişir. Belə ki, U-16 və U-15 komandalarında ən az 7-8 oyunçumuzu görə bilərsiniz. Bildiyiniz kimi, akademiya hazırda cəmi dördüncü mövsümünü keçiri, ona görə də, yuxarı yaş qruplarında təmsilçilərimizin sayının az olması normaldır.

- Akademiyanızda futbolçulara hansı şərait yaradılıb?

- Futbolçu üçün əsas olan yaxşı meydança və yaxşı məşqçidir. Bizdə yaxşı məşqçilər və meydançalar var. Bazamızda süni, təbii, qapalı, bir sözlə, futbolçunun oynaması üçün hər bir meydança mövcuddur. Ən son qum meydançası istifadəyə verilib, hansı ki, bu meydança futbolçuların fiziki cəhətdən möhkəmlənməsinə, ayaqlarının əzələ yığmasına xidmət edir. Eyni zamanda, qeyd etdiyim kimi, ölkənin ən yaxşı uşaq futbolu məşqçilərini yetişdirməklə məşğuluq. Fikrimizcə, təcrübəli, başqa klublarda uzun müddət işləmiş məşqçilər gətirməkdənsə, gənc və perspektivli məşqçiləri cəlb edib onlara öz sistemimizi aşılamaq yaxşıdır. Qeyd etdiyim kimi, “Qəbələ” Futbol Akademiyasının özünəməxsus məşq və oyun sistemi var, buna görə də, bizdə yeni işə başlayan məşqçilər istənilən halda bir müddət həmin sistemi qavramağa çalışırlar və yalnız qavradıqdan sonra məsul vəzifəyə təyin olunurlar. Vurğulamaq lazımdır ki, klub məşqçiləri yüksək səviyyədə yetişdirmək üçün bütün mümkün yollardan istifadə edir. Həm akademiyamıza rəhbərlik edən türkiyəli mütəxəssislər, həm əvəzedici komandamızın baş məşqçisi Luis Araqon tərəfindən mütəmadi seminarlar təşkil edilir, bəzən əsas komandamızın məşqçiləri də bu seminarlara dəvət alırlar. Digər tərəfdən, ölkəmizə müxtəlif ölkələrdən mütəxəssislər dəvət olunurlar. Buna misal olaraq, ötən ilin dekabrında ispaniyalı mütəxəssislərin Qəbələdə keçirdikləri 10 günlük seminarı qeyd etmək mümkündür. Həmçinin, məşqçilərimiz mütəmadi olaraq AFFA tərəfindən təşkil edilən UEFA kurslarına göndərilirlər və xarici ölkələrə ezam olunurlar. İndiyə qədər məşqçilərimiz İspaniya, Rusiya, Türkiyə və Ukraynada müxtəlif seminarlar və təcrübələr keçiblər.

- Hazırda klubunuzda bir vaxtlar “Qalatasaray”da çalışmış Halim Fıçıcı və Rəcəp Yazıcı da işləyirlər. Bildiyimiz kimi, o, Türkiyə futboluna Arda Turan, Səbri Sarıoğlu, Aydın Yılmaz, Əmrə Çolak, Semih Kaya  və digər istedadlı futbolçular yetişdirib. Hazırda akademiyanızda onlara bənzər ümidverici futbolçular varmı?

- Bizim klubda da hazırda yaxşı oyunçular çıxış edir. Adlarını çəkmək düz olmaz, fərqləndirmək istəmirəm. Əgər milli komandamızın aşağı yaş qruplarının oyunlarını seyr etsəniz, orada akademiyanın necə istedadlı futbolçularının olduğunu görərsiniz. Bu futbolçular bizim üçün xəzinədir. Amma onu da qeyd etmək lazımdır ki, hər şey bizdən asılı deyil. İlk növbədə  futbolçunun təhsilinin səviyyəsi yüksək olmalıdır. Bu halda futbolçunun düşünmə qabiliyyəti də yüksəlir. Müasir dövrdə futbolu sadəcə ayaqla yox, həm də beyinlə oynamaq lazımdir. İndi ayaq sadəcə vasitədir. Əslində hər şeyi edən beyindir. Bunun üçün də təhsilin yüksək səviyyədə olması vacibdir. Təəssüf ki, bizdə bu sahədə müəyyən problemlər var. Digər məsələ ailələrlə bağlıdır. Avropada olduğumuz zaman valideynlərin münasibətini görürük. Valideynlər mütəmadi olaraq uşaqlarının məşqlərinə və oyunlarına gəlirlər. Bizdə uşaqlar var ki, onların valideynlərini sonuncu dəfə uşağını akademiyaya gətirəndə görmüşük. Üstəlik, bizə mane olan amillərdən biri də Qəbələnin daha əvvəllər futbol şəhəri olmamasıdır. Bilirsiniz ki, 2006-cı ildən sonra klub Qəbələdə məskunlaşıb. Buna qədər də Qəbələdə sadəcə həvəskar futbol olub, o da çox aşağı səviyyədə. Ailələr futbola inanmırlar, övladlarını bizə təhvil vermək istəmirlər. İndi məktəblərdə təbliğat işləri aparmaqla müəyyən dəyişikliklər etməyə nail olmuşuq, amma hələ də maraq arzuolunan səviyyədə deyil. Bu isə bizim işimizə mənfi təsir göstərən amillərdəndir. Ümid edirəm ki, bu çatışmazlıqları aradan qaldırandan sonra işlərimizi daha da sürətləndirə biləcəyik.

- Bu il Qəbələdə uşaq futbolçular arasında “I Qəbələ Kuboku” turniri keçirildi ki, bu da yaddaqalan bir yarış oldu. Növbəti ildə də klubunuzun belə bir turnir keçirmək planı var?

- Bəli. Artıq “II Qəbələ Kuboku”nun hazırlıqlarına başlanılıb. İştirak edəcək komandalara dəvətlər göndərilib. Bu dəfə daha möhtəşəm bir turnir görəcəksiniz. Dəvət olunan komandaların səviyyəsi də qaldırılıb. Çox məhşur klubların gələcəyi gözlənilir. Təkcə onu deyim ki, dəvətlilər arasında “Mançester Yunayted” də var və onlardan müsbət cavab alacağımıza inamımız böyükdür. Bu haqda ətraflı məlumat yaxın günlərdə mətbuata veriləcək. Turnir gələn il 28 may - 2 iyun tarixlərində keçiriləcək. Turnir ərzində bir sıra digər yeniliklər də olacaq.

- Qəbələ Futbol Akedemiyasının fəaliyyətdə olduğu dörd ildə əsasən hansı uğurlarını qeyd edə bilərsiniz?

- Qeyd etdiyim kimi, bizim məqsədimiz hansısa oyunda və ya çempionatda qalib gəlmək deyil, əsas komandamıza və Azərbaycanın milli komandalarına oyunçular verməkdir. Artıq akademiyanın yetirmələrindən Tərzin Cahangirov, Amil Yunanov, Elnur Mustafazadə, Murad Musayev və Müşfiq Teymurov “Qəbələ”nin əsas komandanın heyətində debüt ediblər. Bu oyunçulardan Amil, Müşfiq və Tərzin tez-tez “18-lik”də yer alırlar. Yuxarıda qeyd etdiyim kimi, milli komandalarımızın tərkibində xeyli təmsilçimiz var. Bütün bunlar, məncə, qısa müddət ərzində ciddi uğurlardır. Eyni zamanda, artıq akademiyamızda vahid sistemin tətbiqi işi tamamilə yerinə yetirilir, akademiyamızda 150-yə yaxın futbolçu, 13 məşqçi, 30-dan çox işçi heyəti var. Bütün bunlar artıq əsl akademiyaya çevrilməkdə olduğumuzun bariz göstəricisidir. Amma qətiyyən ideal olduğumuzu iddia etmirəm. Zamanla daha yaxşı olacağımıza inanıram, ümid edirəm ki, yaxın gələcəkdə adımız hələlik Şərqi Avropanın, sonra isə bütün qitənin ən yaxşı akademiyaları ilə yanaşı çəkiləcək. Akademiyamızı daha da inkişaf etdirmək üçün daha bir neçə planımız var və onları sıra ilə həyata keçirəcəyik. Biz akademiyamızı qurarkən, Azərbaycanda nümunə götürə biləcəyimiz akademiya yox idi, amma bizdən sonrakılar “Qəbələ”nin timsalında bu cəhətdən yoxluq çəkməyəcəklər.


 
Bölmənin digər xəbərləri
Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısında Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısında
Oktyabrın 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Şurası İdman Nazirlərinin 15-ci toplantısı öz işinə başlayıb. ...
17.10.18
Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışı başladı
Bu gündən 2019-cu ildə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verilib....
16.10.18
Arda Turan həbs oluna bilər Arda Turan həbs oluna bilər
"Başakşəhər"in yarımmüdafiəçisi Arda Turan həbs oluna bilər. ...
16.10.18
Yeniyetmə güləşçimiz Olimpiya çempionu oldu Yeniyetmə güləşçimiz Olimpiya çempionu oldu
Argetinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub....
15.10.18
Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı
Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri rinqə dəvət edib....
14.10.18
Neymar: Neymar: "Messinin milliyə çağırılmaması biabırçılıqdır"
PSJ-nin hücumçusu Neymar “Barselona”nın oyunçusu Lionel Messinin Argentina millisinə çağırılmamasına münasibət bildirib....
14.10.18
Şumaxerin oğlu Şumaxerin oğlu "Formula-3"ün qalibi oldu
"Formula-1"in yeddiqat çempionu Mihael Şumaxerin oğlu Mik Avropanın "Formula-3" yarışmasının vaxtından əvvəl çempionu olub....
14.10.18
Formula 1-in təqvimi təsdiqləndi Formula 1-in təqvimi təsdiqləndi
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ümumdünya şurası "Formula 1"in 2019 mövsümü üzrə təqvimini təsdiq edib. ...
14.10.18
Lalə Rzazadə Azərbaycanı Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil edən ilk qadın atlet kimi tarixə düşdü Lalə Rzazadə Azərbaycanı Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil edən ilk qadın atlet kimi tarixə düşdü
Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında çıxış növbəsi ağır atletlərə çatıb. Qızların yarışında 58 kq çəki dərəcəsində...
12.10.18
Azərbaycan atıcılıq üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi edəcək Azərbaycan atıcılıq üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi edəcək
Avstriyanın Vyana şəhərində Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsinin toplantısı keçirilib. ...
12.10.18
Güləşçimiz dünya çempionu oldu Güləşçimiz dünya çempionu oldu
Makedoniyanın paytaxtı Skopyedə sərbəst, Rusiyanın Perm şəhərində isə yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib. ...
09.10.18
Cüdoçumuz Argentinada Yeniyetmələrin Olimpiya Oyunlarının çempionu oldu Cüdoçumuz Argentinada Yeniyetmələrin Olimpiya Oyunlarının çempionu oldu
Argentinanın paytaxtı Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında cüdo yarışlarına start verilib. ...
08.10.18
Nurməhəmmədov Makqreqorla döyüşdən sonrakı hərəkətinə görə üzr istədi Nurməhəmmədov Makqreqorla döyüşdən sonrakı hərəkətinə görə üzr istədi
Rusiyalı samboçu Həbib Nurməhəmmədov Amerikanın Las-Veqas şəhərində keçirilən UFC turniri üzrə yüngül çəkidə irlandiyalı Konor Makqreqorla çempion titulu uğrunda döyüşdən sonrakı hərəkətinə görə...
07.10.18
Putin Nurməhəmmədovu təbrik etdi Putin Nurməhəmmədovu təbrik etdi
Rusiya Prezidenti Vladimir Putin Həbib Nurməhəmmədova zəng edərək onu Konor Makqreqor üzərində qazandığı qələbə münasibətilə təbrik edib. ...
07.10.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.