Bakının Nizami rayonunda inşa olunan müasir yeraltı piyada keçidi yaxın günlərdə istifadəyə veriləcək.
525.az-ın “Azəryolservis” ASC-nin mətbuat xidmətinə istinadən verilən məlumata görə, keçid Qara Qarayev küçəsilə Naxçıvanski küçələrinin kəsişməsində tikilir. Keçidin uzunluğu 44, eni 12, hündürlüyü isə 2,9 metrdir.