İranın BMT-dəki səfiri Məhəmməd Xəzayi ABŞ-ı "Müsəlmanların məsumiyyəti" adlı antiislam xarakterli filmin rejissorunu cəzalandırmağa çağırıb.
Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
O deyib ki, filmin təsiri dinlər, millətlər və mədəniyyətlər arasında intensiv münaqişələrə gətirib çıxara bilər. "İran ABŞ-ın İslama nifrət edənləri ciddi şəkildə cəzalandıracağını gözləyir", - Xəzayi qeyd edib.