|
|
|
|
Ağdam rayonunda qidadan daha bir kütləvi zəhərlənmə faktı baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən fin evlərindən ibarət köçkün şəhərciyində qeydə alınıb. Orada məskunlaşan Kəmalə Quliyeva və onun 3 övladı pomidor turşusundan zəhərlənib.
K. Quliyeva Ağdam Mərkəzi Rayon Xəstəxanasına, övladları isə uşaq xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri orta-stabil qiymətləndirilir.