Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat partiyasının üzvü Nigar Yaqublunun apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, məhkəmə sentyabrın 11-də N. Yaqublu barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar verib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.
N. Yaqublu Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsinə əsasən saxlanılıb.