Bakıda son bir həftə ərzində 31 yol qəzası qeydə alınıb, 6 nəfər ölüb, 40 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, ötən həftə ərzində yol hərəkəti qaydalarının pozulması ilə bağlı 7467 fakt qeydə alınıb.
Pozuntulardan 63-ü avtomobillərin sərxoş, 404-ü yüksək sürətlə idarə olunması, 238-si işıqforun qırmızı işiğında keçmə ilə bağlı olub. Son həftədə yol hərəkəti qaydalarını pozan 774 piyada inzibati məsuliyyətə cəlb olunaraq hər biri 20 manat məbləğində cərimələniblər.
İlin əvvəlindən dekabrın 20-dək Bakıda 1048 yol qəzası qeydə alınıb. Qəzalarda 314 nəfər ölüb, 1132 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisə 103, ölüm 48, xəsarət 13 fakt azalıb.