Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
525.AZ-IN anspress-ə istinadən verdiyi məlumata görə, Şəki rayonu ərazisində rayon sakinləri Tural Sədrəddinovun idarə etdiyi "Mercedes S-240" və Valeh Rəhimovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşub. Nəticədə T.Sədrəddinov aldığı xəsarətdən hadisə yerində ölüb