https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

AFFA "Neftçi" və "Xəzər Lənkəran"ı cəzalandırdı

AFFA "Neftçi" və "Xəzər Lənkəran"ı cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

525.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Premyer Liqanın V turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasının V turunun “Bakı” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının V turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimələnib. Oyunun 8-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün kluba 2 min manat cəza kəsilib. Matçda “Neftçi” klubun azarkeşləri tərəfindən 27 oturacaq, “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən isə 34 oturacaq sındırılmışdır. Bu səbəbdən hər iki klub dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.