Bakın Səbail rayonu ərazisində yerləşən “Park Bulvar” Ticarət Mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın “Park Bulvar”ın damında baş verib.
Çağırışa əsasən hadisə yerinə 2 yanğınsöndürən maşın yollanıb. Yanğın nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğın nəticəsində ticarət mərkəzinə ciddi zərər dəyməyib.
Yanğının nə səbəbdən baş verməsi araşdırılır.