Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Ağdam rayonunun işğal olunmuş Şıxlar və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.