Bakıda bu gün səhər tezdən palçıq vulkanı püskürməyə başlayıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb və yanğın baş verib. Hadisə yerində FHN-nin əməkdaşları hadisə yerindədilər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutundan Trend-ə bildiriblər ki, Lökbatan palçıq vulkanı sonuncu dəfə 2010-cu ildə püskürüb. Bu, vulkanın 24-cü püskürməsidir.