Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu qənaətdədir.
Trend-in məlumatına görə, bu barədə cümə günü Anadolu agentliyi xəbər verib. Ərdoğanın sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsəd artıq çoxdan "siyasi meyit"dir.
Suriyada hökumət qüvvələri ilə silahlı müxalifət arasında toqquşmalar artıq il yarımdan çoxdur ki, davam edir.