Türkiyənin məşhur xalq musiqisi sənətçisi Nəşət Ərtaş dünyasını dəyişib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, keçən həftə İzmirdə xəstəxanaya yerləşdirilən məşhur söz yazarı, bəstəkar və türkü ustası Nəşət Ərtaş dünən reanimasiyaya yerləşdirilmişdi.
Usta türküçü bu gün sabah saatlarında vəfat edib.
Nəşət Ərtaş 1938-ci ildə Kırşəhirin Çiçəkdağı qəsəbəsində anadan olub. Ən məşhur türk ozanlarından biri sayılır.