Azərbaycanlı rəqqaslar Eldar Cəfərov və Anna Sajina ilk dəfə olaraq Zalsburqda "WDC European Championships Professional 10-Dance" yarışmasında iştirak ediblər.
525.az-ın məlumatına görə, Azərbaycandan olan cütlük Avropanın onlarla rəqqası arasında birinci yerə çıxıb.
"Avstriyada Azərbaycanın bayrağı qaldırıldı, qələbəmizin şərəfinə himnimiz çalındı. Bunlar təsvir edilməsi çətin olan hisslərdir. 5 min nəfər tamaşaçı bizi alqışlayırdı. Bu cür uğur qazanmağımıza yardımçı olan hər kəsə minnətdarlığımı bildirirəm", - Eldar Cəfərov açıqlamasında bildirib.