"Survivor" yarışmasının fransız versiyasında faciə baş verib.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Kambocanın Koh Rong adasında çəkilən "Koh Lanta" adlı proqramın 16-cı mövsümünün ilk günündə 25 yaşlı Gerald Babin ürək infarktı keçirərək dünyasını dəyişib.
Bu faciəvi hadisədən sonra veriliş yayımdan qaldırılıb.