|
|
|
|
Azərbaycanın enerji sistemində yaranan problemlər nəticəsində fəaliyyətini dayandıran Bakı Metropoliteni artıq işini bərpa edib.
Bu barədə APA-ya metropolitenin dispetçer xidmətindən bildirilib.
Xidmətdən verilən məlumata görə, artıq saat 09:30-dan etibarən metronun bütün stansiyalarında iş bərpa olunub.
Xatırladaq ki, bu gecə Mingəçevirdəki «Azərbaycan» İstilik Elektrik Stansiyasının ildırım vurması nəticəsində respublikanın bəzi ərazilərinin, o cümlədən Bakının enerji təminatında problemlər yaranıb.