|
|
|
|
Son günlər adı qalmaqallarda hallanan millət vəkili, Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri Gülər Əhmədova insult keçirib. Gülər xanımın qardaşı, teleaparıcı İlqar Mikayıloğlu ANS PRESS-ə açıqlamasında, gecə saatlarında bacısının vəziyyətinin pisləşdiyini bildirdi.
ANS TV-nin "Günə Baxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu bacısının səhhətində yaranmış problemi belə izah etdi: "Gülər xanım sadəcə baxır. Heç bir şeyə reaksiya vermir. Anamı yanına apardım. Həkimlər gəldikdə efirim olduğundan çıxmaq məcburiyyətində qaldım. Həkimlərin dəqiq diaqnozu bu gün aparılacaq müayinələrdən sonra bəlli olacaq".