https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
25 Aprel 2024
24 Aprel 2024

Müğənni Ayan ona "ilişənlər"ə cavab verdi

Müğənni Ayan ona "ilişənlər"ə cavab verdi

Ötən gün maqazin dünyasında səs-küyə səbəb olan “Müğənni Ayan Babakişiyeva hamilədir?” xəbərinə nəhayət ki, aydınlıq gətirildi. Dünən mobil telefonlarını söndürüb, açıqlama verməməkdə əmin görünən Ayan gecə saatlarında əməkdaşımıza zəng vuraraq olduqca kəskin danışdı:

"Bəziləri kimi demirəm, bu sifarişli yazıdır və sırf məni ləkələmək üçün ortalığa atılmış söz-söhbətdir. Uzun-uzadı özümə haqq qazandırmaq istəmirəm. Oxucuların arasında, yəqin ki, kifayət qədər xanım var və onlar da təsdiqləyərlər ki, hər bir qadın ildə iki dəfə həkim müayinəsindən keçməlidir.

Gör vəziyyət nə yerə çatıb ki, mən artıq bunları demək məcburiyyətində qalmışam. Bəli, ginekoloq yanında olmuşam, hətta ultrasəs aparatından da keçmişəm. Bu xırdalıqları ona görə açıqlayıram ki, heç kimin yanında gözükölgəliyim yoxdur. Hamiləlikdən söhbət belə gedə bilməz.

El adəti ilə gəlin paltarı geyinib, ərə gedəcəyimə çoxları şahid olacaqlar. Və inşallah, hamilə olub, övlad dünyaya gətirəndə də bunu gizli saxlamayacağam. Sadəcə, bu kimi məlumatı yayanlara demək istəyirəm ki, hərdən öz doğmalarını da unutmasınlar. Özüm bir yana, dünən anam və qardaşımın keçirdikləri stresi sözlə izah edə bilmərəm. Sırf onları düşünüb danışmağa qərar verdim.

Telefonlarımı söndürməyə gəlincə isə artıq "inanmayın" deməkdən yorulmuşdum. Çox istəyirəm ki, bir də bu hal təkrarlanmasın. Mənə ilişənlər tərəfimdən daha şiddətlə "mükafatlana" bilərlər".

milli.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.