Oktyabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan 525.az-a verilən xəbərə görə, oktyabrda aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu ayın birinci yarısında 14-19 dərəcə, ikinci yarısında 7-12 dərəcə isti təşkil edəcək. Gündüzlər temperatur ayın birinci yarısında 21-26 dərəcə olacaq, ayrı-ayrı günlərdə 28 dərəcəyədək yüksələcək, ikinci yarısında 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-23 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 13-16 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 7-12, üçüncü ongünlüyün bəzi günlərində 0-5 dərəcə isti olacaq. Gündüzlər ayın birinci yarısında temperatur 21-26 dərəcəyə, ayrı-ayrı günlərdə 28 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 19-32 mm)
olacağı gözlənilir.
Yuxarı Qarabağ, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan,
Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 6-11 dərəcə isti təşkil edəcəyi ehtimal olunur ki, bu da iqlim normasına yaxındır. Gecələr 4-9 dərəcə, bəzi günlərdə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti gözlənilir. Gündüzlər havanın temperaturu ayın birinci yarısında 15-20 dərəcə, bəzi günlərdə 21-23 dərəcə, ikinci yarısında 5-10 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-48 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam- Füzuli-Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr ayın birinci yarısında 9-14 dərəcə, ikinci yarısında 3-8 dərəcə isti gözlənilir. Gündüzlər temperatur ayın birinci yarısında 19-24 dərəcəyə, ayrı-ayrı günlərdə 26 dərəcəyədək yüksələcək, ikinci yarısında 11-16 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-61 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur ayın birinci yarısında 8-13 dərəcə, ikinci yarısında bəzi günlərdə 1-6 dərəcə isti təşkil edəcək.
Gündüzlər ayın birinci yarısında 15-20 dərəcə, ayrı-ayrı günlərdə 23-26 dərəcə, ikinci yarısında 9-14 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-126 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Gecələr temperatur ayın birinci yarısında 12-17 dərəcə, ikinci yarısında 6-11 dərəcə isti təşkil edəcək. Gündüzlər havanın temperaturu ayın birinci yarısında 21-26 dərəcəyə, ayrı-ayrı günlərdə 28 dərəcəyədək yüksələcək, ikinci yarısında 15-20 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 31-54 mm) olacaq.
Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında havanın orta aylıq temperaturu 15-17 dərəcə isti təşkil edəcək ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Gecələr ayın birinci yarısında temperatur 12-17 dərəcə, ikinci yarısında 7-12 dərəcə isti, dağlarda 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər ayın birinci yarısında havanın temperaturu 19-24 dərəcəyə, ayrı-ayrı günlərdə 26 dərəcəyədək yüksələcək, ikinci yarısında 15-20 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 96-274 mm) olacağı gözlənilir.