Ötən gün günorta saatlarında Azərbaycanın Füzuli rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, Hacıqabul-Mincivan magistral yolunun 151-ci kilometrində, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş vermiş qəzada 6 nəfər həlak olub, 3 nəfər xəsarət alıb.
Hadisəni APA-ya təsdiqləyən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev bildirib ki, hadisə VAZ-2107 markalı avtomaşının “Skoda” markalı avtomobillə toqquşması nəticəsində baş verib. Hadisə zamanı 6 nəfər (5 nəfər hadisə yerində, 1 nəfər sonra) ölüb, 3 nəfər isə yaralanıb.
Hazırda faktla bağlı araşdırma aparılır.