../img/pics/medium/97658_d84oi9u144.jpg Yarım əsrin sərhədlərini aşan uğurlar
../img/pics/medium/97663_t3enfbws02.jpg Tbilisidə Azərbaycan ocağı
../img/pics/medium/97646_hwi9fzzg9b.jpg Sözün 25-ci anı - "525"-25
../img/pics/medium/97643_60km1r42kg.jpg Dörddəbir əsrlik hekayə - "525-ci qəzet"in 25 yaşına
SON XƏBƏRLƏR
19 Oktyabr 2017

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri biletlərinin qiyməti

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri biletlərinin qiyməti<b style="color:red"></b> Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılıb.
 
APA-nın məlumatına görə, Bakıda bilet satışı ilə bağlı təşkil olunan tədbirdə IV İslam Həmrəyliyi Oyunların ilə bağlı videoçarx nümayiş etdirilib, mötəbər yarışın tarixi, həmçinin “Bakı-2017” çərçivəsində təşkil olunacaq idman yarışları barədə ətraflı məlumat verilib.
 
“Bakı-2017”nin ulduz səfirləri Tünzalə Ağayeva və Hacı Nuran, idmançı səfirlər - ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev və taekvandoçu Fəridə Əzizova ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycan yüksək təşkilatçılıq bacarığı ilə digər dövlətlərə nümunə göstərilir. Respublikamız növbəti möhtəşəm yarışa ev sahibliyi etməyə hazırlaşır. Cari ilin mayında bütün dünyanın idman nəbzi Azərbaycanda atacaq. Mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. Dünyanın 55 ölkəsindən atletlərin qatılacağı yarış da yüksək təşkilatçılığı ilə fərqlənəcək.
 
Səfirlər azarkeşləri bilet almağa, həmçinin milli komandalarımıza azarkeşlik etməkdə fəal olmağa çağırıblar. Daha sonra “Bakı-2017”nin talismanları – “Cəsur” və “İncə” tədbir iştirakçılarını salamlayıb və onlarla xatirə şəkli çəkdiriblər.
 
“Bakı-2017”nin bilet əməliyyatları şöbəsinin rəhbəri Miryam Boqotaj 500 min biletin satışa çıxarıldığını nəzərə çatdırıb. Diqqətə çatdırıb ki, idman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılan 12 satış məntəqəsindən əldə edə bilərlər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzləri “Park Bulvar”, “Gənclik” və “28 Mall”dur. Bununla yanaşı, Oyunların keçiriləcəyi 16 idman obyektində də satış köşkləri fəaliyyət göstərəcək.
 
Bütün 190 idman sessiyası üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 manat arasında dəyişir. On altı yaşadək olan şəxslər 13 idman arenasında keçiriləcək sessiyalar üçün güzəştli biletlərdən yararlanacaqlar. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika stadionuna təyinatlı biletlərin qiyməti 1 manatdır. Digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq. Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 manat, bağlanış üçün isə 10-100 manat olacaq.

 
Bölmənin digər xəbərləri
Oğuz Çətin: Oğuz Çətin: "Qarabağ"a yenə haqsızlıq edildi"
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin "Qarabağ"ın futbolçusu Dino Ndlovunun İspaniya "Atletiko"su ilə oyunda ikinci sarı vərəqənin ardından meydandan...
19.10.17
"Qarabağ"dan sensasiya
Bu gün "Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu keçirib....
18.10.17
Prosineçki bu gün Azərbaycan yığmasından ayrıla bilər Prosineçki bu gün Azərbaycan yığmasından ayrıla bilər
“Prosineçki danışıqları menecerlər vasitəsilə aparmağı xoşlamır, rəsmilərlə üz-üzə görüşməyi sevir. Hazırda “Trabzonspor”u gözləyir. Ancaq klubun bəzi nümayəndələri gözlənilmədən fikir...
18.10.17
“Judo Club 2012” yetirməsini dünya çempionatına yola saldı “Judo Club 2012” yetirməsini dünya çempionatına yola saldı
Bu il oktyabrın 18-dən 22-dək Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. ...
17.10.17
Prosineçki: “Məni burda istəmirlər” Prosineçki: “Məni burda istəmirlər”
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Trabzonspor”un “sükanı arxası”na keçməyə çox yaxındı....
17.10.17
Zakkeroni BƏƏ millisinin baş məşqçisi təyin edildi Zakkeroni BƏƏ millisinin baş məşqçisi təyin edildi
Tanınmış İtaliya mütəxəssisi Alberto Zakkeroni futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri yığmasının baş məşqçisi təyin edilib. ...
17.10.17
Madridin “Atletiko” klubu Bakıya gəldi Madridin “Atletiko” klubu Bakıya gəldi
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko” artıq Bakıdadır. ...
16.10.17
"Himn oxumadığı üçün Əmirquliyevi içəri basmaq lazımdır?"
"İnter"ə qarşı hər zaman olduğu kimi bu gün də oynamaq çətin idi. Futbolçularımız qələbə üçün sona qədər çalışdılar, mübarizə apardılar. "İnter"in problemləri osla da, yaxşı...
13.10.17
Samir Nəsri: “Futbol ikiüzlü insanların dünyasıdır” Samir Nəsri: “Futbol ikiüzlü insanların dünyasıdır”
Türkiyənin “Antalyaspor” klubunun futbolçusu Samir Nəsri maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. ...
13.10.17
“Neftçi”nin bu günə düşməsinin səbəbkarı rəhbərlikdir” “Neftçi”nin bu günə düşməsinin səbəbkarı rəhbərlikdir”
Premyer Liqanın VIII turunda “İnter” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Liderlə oyunöncəsi “bankirlər”in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Qol.az saytının suallarını cavablandırıb. ...
13.10.17
"İlk hissədə oyuna tam köklənə bilməmişdik"
"İlk hissədə oyuna tam köklənə bilməmişdik. Fasilədən sonra yaxşı çıxış etdik və qalib gəldik. Öz meydanımızda keçirdiyimiz bütün qarşılaşmalarda qalib gəlmək istəyirik". ...
09.10.17
Prosineçki: “Rəqib layiqli qələbə qazandı” Prosineçki: “Rəqib layiqli qələbə qazandı”
“Bu hesabdan sonra nəsə demək çətindi. Buna baxmayaraq ilk hissədə yaxşı oynadıq”. ...
09.10.17
Misir yığması 27 il dünya çempionatında Misir yığması 27 il dünya çempionatında
Futbol üzrə Misir yığma komandası DÇ-2018-in seçmə mərhələsinin matçında Konqo millisini 2:1 hesabı ilə məğlub edib. ...
09.10.17
GUAM idman oyunları keçirilə bilər GUAM idman oyunları keçirilə bilər
Azərbaycan GUAM ölkələrinin idman oyunlarının təsis edilməsi təklifi ilə çıxış edib....
09.10.17
Millimiz Almaniyaya böyük hesabla uduzdu Millimiz Almaniyaya böyük hesabla uduzdu
Azərbaycan millisi bu gün DÇ-2018-in seçmə mərhələsində son oyununa çıxıb. ...
09.10.17
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.