https://525.az/img/pics/medium/2024-03/308276_6v9cixp5v4.jpg İnsan olmağın tək yolu
https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
search
29 Mart 2024

I Avropa Oyunlarının tarixi və idman növlərinin ilkin siyahısı açıqlanıb

I Avropa Oyunlarının tarixi və idman növlərinin ilkin siyahısı açıqlanıb

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında idman növlərinin ilkin siyahısı və yarışların keçirilmə tarixi açıqlanıb.

 Apasport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında deyib.
 
Nazir “Bakı-2015, Avropa Oyunları” Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının ilk görüşünün yekununa həsr olunmuş mətbuat konfransında bildirib ki, iyunun 12-28-də baş tutacaq ilk Avropa Oyunlarda 19 növ üzrə 6351 idmançı qüvvəsini sınayacaq.
 
Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma – 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika – 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (350) növləridir. Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun sözlərinə görə, bu, hələlik yekun siyahı deyil.
 
Nazirin sözlərinə görə, hazırda siyahının tamamlanması üçün danışıqların son mərhələsi gedir: “Atletika və boksla bağlı hələ tam qərar verməmişik. Amma müsbət nəticələr əldə olunacağını gözləyirik. Dəyişiklik olduqca, məlumat verəcəyik. Əlavə idman növlərini daxil etmək baxımından Bakının da imkanlarını nəzərə almalıyıq”.
 
İdman növlərindən yalnız kanoe yarışları Bakıdan kənarda – Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq. Nazirin sözlərinə görə, komissiya üzvləri həmin idman qurğusu ilə tanış olub və çox bəyəniblər.
 
İdman növlərindən çimərlik futbolu, 3X3 və karate qeyri-olimpiya, qalanları isə olimpiya təmayüllüdür. Bir neçə federasiya yarışların lisenziya xarakteri daşıyacağını bildirib. Avropa Oyunlarına təsnifat yarışları isə sonradan müəyyənləşdiriləcək. Hər hansı ölkənin təsnifatdan keçmiş idmançıları olmasa, onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcək. Yarışlara ev sahibliyi edən dövlət isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir.
 
Azad Rəhimov hazırda əksər növlər üzrə yığma komandalarımızın formalaşdırıldığını bildirib. O, yalnız triatlon idman növünün Azərbaycanda mövcud olmadığını deyib: “Bu növ üzrə də çox vacib addımlar atmalıyıq. Triatlon üzgüçülük, velosiped idmanı və qaçışdan ibarətdir. Digər idman növləri üzrə yığmalarımız da var, bəzilərində yüksək nəticələrimiz də. Elə kamandan oxatma üzrə komandamız da formalaşır, onlar iştirak etdikləri son yarışlarda nəticələrini yaxşılaşdırıblar. Basketbol Azərbaycanda yaxşı inkişaf yolu keçib, bu növə də ümidlərimiz çoxdur. Velosiped növündə böyük inkişaf müşahidə olunur. İlk dəfə “Tur dAzerbaidjan” yarışı keçirilir. Stolüstü tennisdə yığmamız zəifdir, bu növə daha çox fikir verməliyik. Atletikanın bəzi növlərində də nəticələr göstərsəydik, yaxşı olardı”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.