https://525.az/img/pics/medium/2024-03/308156_e5ws8ge6gq.jpg Qohum evliliklər
https://525.az/img/pics/medium/2024-03/308150_yc5hpb9d20.jpg “525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/308122_a91v586ywx.jpg "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
28 Mart 2024
27 Mart 2024

Aqil Nəbiyev: "Atletiko" ilə oyuna şou kimi baxmırdıq"

Aqil Nəbiyev: "Atletiko" ilə oyuna şou kimi baxmırdıq"
“Bakı” klubunun müdafiəçisi Aqil Nəbiyevin Qol.Az saytına müsahibəsi

- Dünən dünyanın ən məşhur klublarından olan “Atletiko” (Madrid) ilə yoldaşlıq oyunu keçirdiniz. Bun matç haqqında fikirlərini bilmək istərdik.


- Hamı bilir ki, “Atletiko”nun bura gəlməyi böyük bir hadisədir. Həm “Bakı” klubu , həm də Azərbaycan futbolu üçün bunun xeyri var. Dünənki oyunda 0:3 hesabıilə məğlub olsaq da, nəticə önəmli deyildi. Oyunun özü elə nəticə idi. Gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Onların hamısını sınaqdan keçirdik. Klub rəhbərliyinə minnətdarlığımızı bildiririk ki, futbolçular üçün belə bir şərait yaradırlar.

- Gənc futbolçular necə təsir bağışladı?

- Çox gənc futbolçulara şans verilmişdi. Onlar birinci dəfə idi ki belə oyuna çıxırdı. Yaxşı təsir bağışlamasalar da, rəqibin “Atletiko” olduğunu nəzərə alsaq, pis də oynamadılar. 

- “Bakı”nın əsas futbolçuları oynasaydı, hesab başqa cür ola bilərdi?

- Əsas məqsəd azərbaycanlı futbolçuların təcrübə toplaması idi. Yenə deyirəm, biz nəticəyə önəm vermirik. Ona görə də, əsas komanda yox, məhz gənclərə üsünlük verildi. 

- Bu oyuna şou kimi yanaşırdınız?

- Yox. Belə bir fikrimiz yox idi. Kənardan şou kimi görsənə bilər. Ancaq biz meydanda öz oyunumuzla məşğul idik.  Bu oyuna şou deməzdim.

- Yəqin Radamel Falkao və Arda Turanın oynamamasına təəssüfləndin. Çünki belə futbolçularla oynamaq bizim oyunçulara hər zaman nəsib olmur.

- Əlbəttə bu futbolçularla bir meydanda oynamağı istəyirdik. Onlara qarşı mübarizə aparmaq mənim üçün çox maraqlı olardı. Bir müdafiəçi kimi onlara qarşı oyunda özümü sınamaq istəyərdim. Azarkeşlər də onların meydana çıxmasını gözləyirdi.

- Nə səbəbdən onlar oynamadı?

- Deyəsən yüngül zədələri var idi.

- Artıq avrokuboklara getmək üçün dördüncü yerə ümid edirsinz. Bu mübarizədə əsas rəqibiniz “Simurq”dur. Bu komanda ilə iki xallıq fərqi aradan qaldıra bilərsiniz?

- Onsuzda başqa şansımız yoxdur. Kubok oyunlarında da mübarizəni dayandırdıq. Şansı öz əlimizdən başqalarına buraxdıq. İndi də çalırıq ki, dördüncü pilləyə qalxaq. Qarşıdan “İnter”lə çətin oyunumuz gəlir. Ciddi hazırlaşırıq. Məqsədimzə çatmaq üçün bu oyunda mütləq qalib gəlməliyik. Bilirik ki, “İnter” çətin komandadır. Çempionatda çox az məğlub olub. Ancaq qələbədən başqa yolumuz yoxdur. Məğlub olsaq, şansımız lap azalacaq.

Ramiq AĞAMƏMMDOV
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.