https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
search
24 Aprel 2024

"Çelsi" və "Benfika" finalda

"Çelsi" və "Benfika" finalda
UEFA Avropa Liqasının finalçıları məlum olub.

Qol.Az-ın məlumatına görə, azərbəycanlı azarkeşlərin də maraqla gözlədiyi oyun Portuqaliyada baş tutub. Belə ki, “Benfika” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Bu komandalar arasındakı ilk oyun Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. "Fənərbaxça" ilk dəfə avroliqanın finalına vəsiqə qazanaraq tarixi uğura imza atmağa yaxın olsa da, 1:3 hesabı ilə uduzaraq bunu bacarmayb. İki oyunun nəticəsinə görə 3:2 hesabı ilə "Benfika" üstün olub və finala vəsiqə qazanıb. Digər oyunda “Bazel” "Çelsi"nin qonağı olub. İlk oyunda rəqib meydanında 2:1 hesabı ilə qalib gələn ingilis klubunun əvvəlcədən şansı çox görünürdü. Oyunda ilk qolu qonaqlar vursa da, "Çelsi" bunun əvəzini on dəqiqə ərzində vurduğu üç qolla çıxıb. Beləliklə görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb və London klubu adını finala yazdırıb. 

Beləliklə avroliqanın finalında "Çelsi" və "Benfika" qarşılaşacaq.

UEFA Avropa Liqası, yarımfinal, cavab oyunları

2 may

00:05. “Benfika” (Portuqaliya)  -
 “Fənərbaxça” (Türkiyə) - 3:1 
İlk oyun (0:1)
Qollar: Qaytan, 9 (1:0), Kuyt, 23-pen (1:1) Kardoso, 35 (2:1), 67 (3:1)

00:05. “Çelsi” (İngiltərə) – “Bazel” (İsveçrə) - 3:1 
İlk oyun (2:1)
Qol: Salah, 45 (0:1), Torres, 50 (1:1), Mozes, 52 (2:1), David Luiz, 59 (3:1) 
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.