2013-cü ilin ilk 4 ayı ərzində “Elektron hökumət” portalında – www.e-gov.az qeydiyyatdan keçən istifadəçilərin ümumi sayı 13 mini ötüb, e-imza vəsiqələri almış şəxslərin sayı isə 12 minə çatıb.
Bununla da qeydiyyat tələb edən xidmətlər üçün portalın potensial istifadəçilərinin sayı 25 mindən çox təşkil edib.
Cari ilin yanvar-may aylarında portalın xidmətlərindən yararlanmış qeydiyyatdan keçən istifadəçilərin sayı 9232 olub, qeydiyyatsız xidmət istifadəçilərinin sayı isə identifikasiya olunmadığından nəzərə alınmayıb.
İstifadəçilərin yaş həddinə gəldikdə, yaş həddi 19-79 arasında dəyişir və bu da indidən portalın bütün yaş qruplarını əhatə etdiyini deməyə əsas verir.
4 ay ərzində portalın qeydiyyatdan keçmiş istifadəçilərinin ümumilikdə istifadə etdikləri xidmətlərin sayı 104 622 olub.