https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Əbədi sevgi, yoxsa istək? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg FİFA-nın ikiüzlülüyü - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/310613_3txrqbjb33.jpg Peşəsinə vurğun
https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
search
19 Aprel 2024

AFFA-dan "lipa" açıqlaması

AFFA-dan "lipa" açıqlaması
AFFA Azərbaycanda çıxış edən “lipa” futbolçularla bağlı xəbər yayıb.

Qol.Az-ın məlumatına görə, rəsmi açıqlamada qurumun bayrağı altında müxtəlif turnirlərdə 69 saxta sənədli futbolçunun çıxış etdiyi bildirilir.
 
Qeyd edilir ki, 2009-cu ildən fəaliyyət göstərən qeydiyyat bazasında futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyatı aparılır. Bununla yanaşı, ötən müddət ərzində Qeydiyyat şöbəsi tərəfindən müxtəlif turnirlərdə çıxış edən 69 saxta sənədli futbolçu müəyyənləşdirilib. Onlardan 38 nəfəri sənədlərinin əslini təqdim etdiyi üçün hazırda müvafiq yaş qrupuna aid turnirlərdə çıxış edir. Digər 31 futbolçu isə sənədlərini təqdim etmədiklərinə görə yarışlardan kənarlaşdırılıb.
 
Qeyd edək ki, proses məxfi aparıldığı üçün saxta sənədlə çıxış etmiş futbolçuların adı açıqlanmır.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.