|
|
|
|
Azərbaycan Milli Elmlər Akademiyası sistemindəki elmi təşkilat və müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanının keçirilməsinə oktyabrın 10-dan start veriləcək.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
Mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bu il Akademiyanın elmi təşkilat və müəssisələrinə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün 288 yer ayrılıb. Onun 158-i əyani, 130-u qiyabi təhsil forması üzrədir. Elmlər doktoru proqramı üzrə isə 110 yer ayrılıb.
Qeyd edək ki, AMEA-nın elmi təşkilat və müəssisələrində doktoranturaya sənəd qəbuluna sentyabrın 1-dən başlanılıb.
S.QARAYEVA