Gəncədə avtomobil qadını, onun qızını və nəvəsini vurub, onların hər üçü hadisə yerində keçinib.
525.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 30-da saat 20:55 radələrində Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Urux Əsgərova, qızı Vəfa Vəliyeva və nəvəsi Xatın vurulub.
Nəticədə hər 3 piyada aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törədən sürücü və avtomobil polis tərəfindən axtarılır.