Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Mustafa Çəmənlinin “Ölüm mələyi” adlı kitabının təqdimat mərasimi keçirilib.
525.az-ın məlumatına görə, “Ali və Nino” kitab evində baş tutan tədbiri dramaturq Əli Əmirli açıb. O, yazıçının yaradıcılıq fəaliyyətindən bəhs edib.
Mustafa Çəmənlinin vətən yolunda canlarını fəda edən insanların talelərini, tarixi hadisələrin anatomiyasını göstərməkdə məharətli qələm işlətdiyini qeyd edən Əli Əmirli bu dəfə də yazıçının çox çətin və məsuliyyətli bir mövzuya toxunduğunu vurğulayıb.