https://525.az/img/pics/medium/2024-04/310613_3txrqbjb33.jpg Peşəsinə vurğun
https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
https://525.az/img/pics/medium/2024-04/310594_opjniwvfxv.jpeg I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib
https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
search
19 Aprel 2024
18 Aprel 2024

“Vəziyyətimiz pisdir, futboldan danışa bilmirik”

“Vəziyyətimiz pisdir, futboldan danışa bilmirik”

“Turan” klubunun baş məşqçisi Əfqan Talıbovun Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın 31-ci turunda “Kəpəz”ə məğlub oldunuz. Oyun haqqında fikirlərinizi bilmək istərdik.

- Oyun haqda çox danışmağa ehtiyac yoxdur. Qıraqdan baxanda görünür ki, komandamız oyunlara hazırlaşır. Amma futbolçularda psixoloji cəhətdən çox böyük sarsıntılar var. Oyunçular heç cür səfərbər oluna bilmir. “Turan”ın Bakıya köçməsi bizim üçün böyük problem oldu. Vəziyyətimiz imkan vermir ki, futboldan danışaq. O komanda futboldan danışa bilər ki, normal şəraitdə olsun, maddi durumu yaxşı olsun və baş sponsoru olsun. Bu qədər sürünməyin içində necə futbol oynayasan? Oyunçuların fikirləşir ki, görəsən, əvacibimi ala biləcəm? 15-ci turda “Kəpəz”ə 5:1 hesabı ilə qalib gələndə futbolçular  gözlədilər ki, yəqin belə qələbədən sonra mükafat alarlar. Ancaq heç beş manat da almadılar. Bunlar hamısı onlarda ruh düşgünlüyü yaradır. Özləri də bildirilər ki, ayağımız getsə də, beynimiz pozulub.

- Artıq neçənci oyundur ki, komandanız ilk hissədə üstün oynayır, hətta hesabda da irəli olur, lakin ikinci hissədə futbolçular sanki sönür.

- Düzdür. Elə “Xəzər Lənkəran”la oyunda da üstünlüyümüz var idi. Ancaq bunu axıra çatdıra bilmədik. Bunların hamısının səbəbi isə futbolçuların həvəsinin qalmamasıdır. “Kəpəz”lə oyunda isə rəqib bizi bir çox cəhətlərdə üstələdi. 3:5 hesabı  ilə məğlub olmağımızın səbəbi də bu oldu. Əvvəlcədən bilirdim ki, “Kəpəz” bizə qarşı son dərəcədə güclü oyun nümayiş etdirəcək. Çünki bu mövsüm “Kəpəz”lə hər üç oyunda qalib gəlmişdik. Bunu futbolçulara da demişdim.  Arzu edirəm ki, kimin işləməyindən asılı olmayaraq, yenidən əvvəlki “Turan”ı görə bilək.  Yanvar ayına qədər bütün yazılar “Turan” haqqında idi. Mətbuatda komandamızın baxımlı oyunu haqda çox danışılırdı. Dördüncü pilləyə qalxmışdıq. Sonradan maliyyə problemləri ortaya çıxdı. Futbolçular düzgün qidalana da bilmirdilər. Komandamız get-gedə sönür. Allah uzaq uzaq etsin, sanki “Turan”ın futbolçuları yetim uşaqlardır. Bizə əvvəlki turlarda qol vurmaq çox çətin idi. Doqquz oyunçumuzun birdən-birə komandadan getməsi bizi pis vəziyyətdə qoydu. Onlar da maliyyə probleminə görə getdi. Yoxsa dəli olmamışdılar. Futbolçu qıtlığından çox əziyyət çəkirik. Məcbur olub oyunçuların yerini dəyişirəm. Onda da oyunları alınmır.

- Komandanızın gələn mövsümdən Premyer Liqada iştirak etməyəcəyi  rəsmiləşdi. Bu haqda nə deyə bilərsiniz?

- Konkret demək istəyirəm ki, bunun səbəbi Tovuzdan Bakıya gəlməyimiz oldu. Digər səbəb maliyyə problemidir.

- "Turan" birinci divizionda iştirak edəcək?

- Əgər komanda mənimlə birgə birinci divizionda iştirak etsə, maliyyə problemləri aradan qaldırılmalıdır. Belə olarsa, çox tez bir zamanda yenidən Premyer Liqaya qayıda bilərik. "Spartak" (Moskva) kimi komanda birinci diviziona düşmüşdü. Komandanı tamamilə dəyişməklə yeni bir heyət qurdular və güclülər dəstəsinə qoşuldular. Bundan başqa güclü klubların çempionatı tərk etməsini çox görmüşük. "Turan"a yeni nəfəs, yeni sponsor  gəlməlidir.  Nəzarət edənlər dəyişməlidir. Tovuzun perespektivli futbolçuları çoxdur. Onlar kəndlərdə, dağlardadır. Sadəcə onlara şərait lazımdır. Onlara normal şərait yaradılsa, 5-10 ildən sonra yenidən güclü "Turan" komandası görəcəyik.

- Komandada qalıb-qalmayacağınızla bağlı rəhbərliklə danışmısınız?

- Hələ ki, yox. Mayın 20-də "Sumqayıt"la  oyunumuz var. Bundan sonra bir qərara gələcəyik.

- "Turan"da qalacaq və ya gedəcək futbolçular müəyyənləşib?

- Ailəsi ilə bağlı gedəcək legionerlər var. Təbii ki, onlar hamısı gedəcək. Dmitri Pospelov, David Yanalidze  və Anatoli Stukalovun müqaviləsi davam edir. Yerli futolçular var hansı ki, "Turan"ın yetirmələdir, onlar yəqin ki, qalacaq. Müqaviləsi bitən futbolçular da var. Bunların hamısına mayın 20-dən sonra aydınlıq gətirəcəyik. Maliyyə durumumuz düzəlsə, dərhal istədiyimiz futbolçularla müqaviləni yeniləyəcəyik.
 
Ramiq AĞAMƏMMƏDOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.