Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi aeroportu istismara verilib.
APA-nın “Novosti Armenii” saytına istinadən yaydığı məlumata görə, bu barədə qondarma “Dağlıq Qarabağ Respublikası hökuməti yanında mülki aviasiya idarəsi”nin rəisi Dmitri Atbaşyan bildirib.
Onun sözlərinə görə, sentyabrın 28-də aeroportun beynəlxalq standartlara cavab verdiyini və təyyarələri qəbul edib – yola salmağa başlamaq hüququ verən müvafiq sertifikat alınıb.
Xatırladaq ki, Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejim İrəvan-Xankəndi istiqamətində və əksinə uçuşlar həyata keçirməyi planlaşdırır.