Bakıda “London Taxi” markalı avtomaşının vurduğu şəxs dünyasını dəyişdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.az-a verilən məlumata görə, sentyabrın 24-də saat 00:30 radələrində Xətai rayonu ərazisində, Bakı şəhər sakini Emin Babayev "London Taxi" markalı avtomaşını idarə edərkən yolu keçən Rəvan Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 30-da orada ölüb.