Prezident İlham Əliyev muzey işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 525. az-ın məlumatına görə, mədəni irsin qorunmasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar Rəssam”
Səfərov Natiq Şafiq oğlu
“Əməkdar Mədəniyyət İşçisi”
Mahmudova Pərixanım Mahmud qızı Orucova Elza Qədir qızı Rəhimova Nailə Allahverdi qızı Talıbzadə Ülkər Kamal qızı