Azərbaycan prezidenti İlham Əliyev Xalq artisti Alim Həmzə oğlu Qasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
A.Qasımov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif olunub.