https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

"Neftçi"nin rəqibi özünə sponsor tapa bilmir

"Neftçi"nin rəqibi özünə sponsor tapa bilmir

Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan Serbiyanın "Partizan" klubu mötəbər turnir öncəsi sponsor tapmaqda çətinlik çəkir.

Qol.Az-ın Serbiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə komandanın baş məşqçisi Vladimir Vermezoviç açıqlama verib.

Onun sözlərinə görə, "Neftçi" ilə oyuna az vaxt qalsa da, sponsor məsələsi hələ də öz həllini tapmayıb: "Bu sahədə müəyyən işlərin getdiyi haqda eşitmişəm. Ancaq fakt budur ki, hələlik sponsor məsələsi öz həllini tapmayıb. "Neftçi" ilə oyuna 17 gün qalsa da, hansı şirkətlə əməkdaşlıq edəcəyimiz bilinmir. Danışıqlar davam etsə də, yekun razılıq əldə olunmur. Ümid edirəm ki, bu məsələ yaxın günlərdə öz həllini tapacaq".

Qeyd edək ki, "Partizan" Avropa Liqasında ilk görüşünü sentyabrın 20-də evdə məhz "Neftçi"yə qarşı keçirəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.