https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
search
24 Aprel 2024

"Bakı"nın futboçusunu döyüb sümüyünü qırıblar

"Bakı"nın futboçusunu döyüb sümüyünü qırıblar

“Haqqımızda yazılanlar doğrudur. Komanda yoldaşımla birgə yolda xoşagəlməz halla üzləşdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın futbolçusu Əziz Quliyev deyib.

Azərbaycan yığmasına da cəlb olunmuş milliləşdirilən rusiyalı legioner “zolaqlılar”ın yollarını ayırdığı litvalı futbolçu Deyvidas Çesnauskislə birgə yol nəqliyyat hadisəsindən sonra xəsarət alıblar.

Belə ki, “BMW”nin sükanı arxasında olan Əziz “Jiquli”nin sürücüsü ilə münaqişəsi nəticəsində ağır zərbələr alaraq xəstəxanaya çatdırılıb.

Baş verənləri yada salmaq istəməyən 26 yaşlı futbolçunun sözlərinə görə, cərrahiyyə əməliyyatına ehtiyac olmayıb: “Açığı, bu olay haqda çox danışmaq istəmirəm. Onu deyə bilərəm ki, 1 gün Mərkəzi Gömrük Klinikasında oldum. Zərbə nəticəsində üz sümüyüm qırılıb. Artıq xəstəxanadan çıxmışam. İndi vəziyyətim yaxşıdır və bir neçə günə məşqlərə başlaya biləcəyəm. Çesnauskis Azərbaycanı tərk etdi. Mən isə “Bakı”da qalıram. Klubla 2015-ci ilədək müqaviləm var”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.