|
|
|
|
Rusiyalı tennisçi Mariya Şarapova 100 milyon dollar itirib.
İtar Tass agentliyinin “Forbes” jurnalına istinadən verdiyi xəbərə görə, Rusiyanın 25 ən varlı qadınları siyahısında M.Şarapova 17-ci yeri tutub.
Onun maliyyə vəziyyəti 160 milyon dollar təşkil edir. Xatırladaq ki, tennisçi dopinq aldığı öyrənildikdən sonra yarışlardan 2 illik uzaqlaşdırılıb.
Qeyd edək ki, birinci yerin sahibi “İnteco Management” şirkətinin sahibəsi 1 milyard dollarla Elena Baturina, ikinci yerdə 600 milyon dollarla “Monoko” futbol klubunun sahibi Dmitriy Rıbobloblevanın həyat yoldaşı - Elena Rıbobleva, 10-cu yerdə isə 300 milyon dollarla ”Chelsi” klubunun sahibi Roman Abramoviçin keçmiş arvadı İrina Abramoviçdir.
Zeynəb ƏKBƏR