https://525.az/img/pics/medium/2024-04/310192_f914g1xa5j.jpg Sən kim olmaq istəyirsən? - Günel İmran yazır
https://525.az/img/pics/medium/2024-04/308645_f5b2qp08pg.jpg Dilimiz - milli kimliyimiz
https://525.az/img/pics/medium/2024-04/310155_guuf806cop.jpg Üzeyir Hacıbəyli irsinin tədqiqinə və təbliğinə mühüm töhfə - Aysel Kərim yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Topçubaşov xəstəxanasında sığorta möhürü - Sosial şəbəkədə yazılanlar
search
16 Aprel 2024

Corc Kluni: "Arvadımı Azərbaycana qoymadım"

Corc Kluni: "Arvadımı Azərbaycana qoymadım"

Hollivud ulduzu Corc Kluni vəkil həyat yoldaşı Amal Klunini Azərbaycana gəlməyə qoymayıb.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aktyor bunu ermənilərin hüquqlarını müdafiə edən arvadını qorumaq üçün etdiyini deyib:
 
“Amal keçmiş prezident Mohammed Naşedin həbsdən azad olunması üçün Maldiv adalarında idi. O, Maldiv adalarını tərk edəndən sonra Azərbaycana getmək istədi. Orada da onu həbsdə bir müştərisi gözləyirdi. Buna görə onunla olan müqaviləmizdə bir şərti güzəştə getməli oldum: Mən Cənubi Sudana, o isə Azərbaycana getmir”.

Corcun sözlərinə görə, o, Amalla razılaşıb ki, işlərinin onları riskli situasiyada qoymasına icazə verməyəcək. Qeyd edək ki, Amal Kluni Azərbaycanda 8 illik həbsə məhkum edilmiş jurnalist Xədicə İsmayılovanın hüquqlarını qoruyur. Amal, eyni zamanda Avropa Məhkəməsində ermənilərin maraqlarını müdafiə edir. O, “erməni soyqırımı”nı açıq-aşkar inkar edən siyasətçi Doq Perençik əleyhinə çıxış edir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.