https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

Azad Rəhimov II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında

“AZƏRBAYCAN İDMANÇILARININ RİO OLİMPİYADASINDA 18 MEDAL QAZANMASINDA AVROPA OYUNLARININ BÖYÜK ROLU OLUB”

Azad Rəhimov II Avropa Oyunları Koordinasiya Komissiyasının iclasında

Sentyabrın 21-də Gənclər və idman naziri Azad Rəhimov Belarusun paytaxtı Minskə rəsmi səfər edib.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər “Minsk-2019: II Avropa Oyunları” Koordinasiya Komissiyasının iclasında iştirak etmək və oyunlara hazırlıq prosesi ilə yaxından tanış olmaq məqsədilə həyata keçirilib.

“Minsk-2019: II Avropa Oyunları” Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov yerli “TVR.by” və “CTV.by” kanallarına müsahibə verib. Müsahibəsi zamanı nazir Azad Rəhimov bu səpkili mötəbər yarışlara hazırlıq prosesi çərçivəsində baş tutan koordinasiya komissiyasının iclasının çox böyük əhəmiyyət daşıdığını vurğulayıb və bildirib ki, bu gün buraya dünyanın müxtəlif ölkələrindən Olimpiya və Avropa oyunları, Dünya çempionatlarında çox böyük təcrübəsi olan mütəxəssislər təşrif buyurub: Təbii ki, koordinasiya komissiyasının burada əsas məqsədi “Minsk-2019: II Avropa Oyunları”nın yüksək səviyyədə keçirilməsində Belarusa yardım göstərməkdir. Digər bir məqsəd isə, Minskə gələcək turist sayının artırılmasıdır. Yarışlar haqqında məlumatlarla bərabər, eyni zamanda, ölkənin mədəniyyəti, adət ənənələri, musiqisi və tarixi haqqında xəbərlər dolğun və gözəl şəkildə media vasitəsi ilə ictimaiyyətə ötürülərsə, məqsədə nail olmaq olar. Çünki Belarus gözəl bir ölkədir və biz bu ölkəni sevən çoxsaylı turistlərin burada olmasını çox arzu edirik”.

Azad Rəhimov xüsusi olaraq vurğulayıb ki, Avropa Oyunları zamanı Azərbaycan idmançılarının atletlər kəndində yaşamaları, onların bu mühit ilə yaxından tanış olmaları, eyni zamanda, idman yarışlarında çox güclü rəqibləri ilə mübarizə aparmaları, “Rio-2016: Yay Olimpiya Oyunları”na psixoloji, fiziki və mənəvi cəhətdən hazır olmaları üçün birbaşa zəmin yaradıb: “Mən Azərbaycan idmançılarının “Rio-2016: Olimpiya Oyunları”ndan vətənə 18 medalla qayıtmasını birbaşa onların bir çoxunun Atletlər kəndində yaşamaları, bu mühit ilə yaxından tanış olmaları, Avropa Oyunlarında gərgin keçən mübarizə şəraitində qüvvələrini sınamaları ilə bağlayıram”

“Minsk-2019: II Avropa Oyunları”na hazırlıq məqsədi ilə müxtəlif mövzuların müzakirəsinin aparıldığı koordinasiya komissiyasının iclasında nazir A.Rəhimov Azərbaycanın mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən və bununla da, kifayət qədər bilik və təcrübəyə malik peşəkar gənc nəslin yetişməsindən danışaraq, 2019-cu il üçün Azərbaycanın kadr potensialından da yararlanmağın mümkünlüyünü təklif olaraq irəli sürüb.

Qeyd edək ki, 2019 cu ildə Minskdə baş tutacaq II Avropa Oyunlarına 50 ölkədən 4000 idmançı qatılacaq və 15 idman növündə, 12 idman arenasında mübarizə aparacaqlar. 

Ceyhun ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.