Dünyanın ən çox izlənilən seriallarından olan "Taxt oyunları"nın səkkizinci - son mövsümünün rejissorları açıqlanıb.
Serialın daha əvvəlki mövsümlərində rejissor kürsüsündə əyləşən Mişel Sapoçnik, Devid Nutter, Devit Beniof və Den Veys yeni mövsümdə də bu kürsünü paylaşacaq.
Sonuncu mövsümün 6 bölümdən ibarət olacağı və hər bir bölümü fəqli rejissorun çəkəcəyi gözlənilir.
Çəkilişləri 2018-ci ilin yaz aylarında başlayacaq serialın nümayiş tarixi açıqlanmayıb.
Qeyd edək ki, serialın ilk bölümü 2011-ci il aprelin 11-də nümayiş olunub.