“Neftçi” komandasının rəisi Güloğlan Cabbarov tutduğu vəzifədən istefa verib. Bu haqda Qol.Az-a Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəbbəri Gündüz Abbaszadə məlumat verib. O, az əvvəl klub rəhbərliyinin istefa ərizəsini qəbul etdiyini deyib.
Xatırladaq ki, Azərbaycan kubokunun dünən baş tutan “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşmasından sonra G.Cabbarov Cənub təmsilçisinin bir neçə futbolçusuna fiziki xəsarət yetirib