https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

Kliçko: “Azərbaycan boksunun ciddi ənənələri var”

Kliçko: “Azərbaycan boksunun ciddi ənənələri var”
"Öncə WBC-nin konvensiyasının Bakıda keçirilməsinə şərait yaratdığı üçün Azərbaycan prezidenti, hörmətli İlham Əliyevə təşəkkür etmək istərdim. Bilirsiniz ki, bu, olduqca əhəmiyyətli tədbirdi”.

Apasport.az saytının xəbərinə görə, bu sözləri Dünya Boks Şurasının Bakıda keçirilən 55-ci Konvensiyasının iştirakçısı Vitali Kliçko deyib.
 
46 yaşlı sabiq boksçu jurnalistlərə açıqlamasında tədbirin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb. Ağır çəkidə WBC, WBO, WBA versiyaları üzrə 3 dəfə dünya çempionu olan Kliçko Azərbaycanda da bu səviyyədə idmançıların yetişəcəyinə inandığını söyləyib: “Konvensiyanın üzvləri dahi, əfsanəvi boksçulardı. Onların arasında vaxtilə Məhəmməd Əli, Mayk Tayson, Lennoks Luis kimi idmançılar olub. Fəxr edirəm ki, mən də bu şərəfə nail olmuşam. Bu tədbirin Bakıda keçirilməsi əladı. Bu konvensiya qeyri-adidi. Niyə? Çünki bu tədbir ancaq o ölkələrdə keçirilir ki, onların boksçuları WBC kəmərinin sahibidi. Azərbaycanda belə çempionlar yoxdu. Lakin əminəm ki, bu cür inkişaf etmiş infrastrukturla Azərbaycanın WBC versiyası üzrə çempionu olacaq. Dünyanın ən məşhur promouterləri Bakıdadı. Onlar Bakı ilə yaxından tanış olurlar. Bu cür tədbirlərin paytaxtınızda keçirilməsi Azərbaycanda peşəkar boksun inkişafına ciddi təkan verəcək. Bilirəm ki, Azərbaycan boksçularının ciddi nailiyyətləri var. İnanıram ki, peşəkar boksda da bu cür uğurlar əldə olunacaq”.
 
Ən bəyəndiyi Azərbaycan boksçusuna gəlincə, Vitali Kliçko bildirib ki, Məhəmmədrəsul Məcidov olduqca perspektivli idmançıdı: “Bir neçə il öncə mənim qardaşım Vladimir britaniyalı Entoni Coşuaya məğlub olub. Lakin Coşua nüfuzlu turnirlərdən birində azərbaycanlı boksçuya (Məhəmmədrəsul Məcidova - red.) finalda uduzdu və gümüş medalla kifayətlənməli oldu. Bu, onu göstərir ki, Azərbaycan boksunun ciddi ənənələri var və onları inkişaf etdirmək lazımdı. İdman dünyanı dəyişə biləcək qüvvələrdən biridi. Bu, əfsanəvi Nelson Mandelanın fikirləridi".
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.