https://525.az/img/pics/medium/2024-04/310307_ikq16fbueg.jpg “525-ci qəzet”in 17 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310206_nzabxr6ypc.jpg İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski
https://525.az/img/pics/medium/2023-10/288649_kygy3lxeql.jpg Qəfil yada düşənlər - Aydın Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-04/310290_6v4mu9weea.jpeg Xalq yazıçısı Anarla Sabirabadda görüş
search
16 Aprel 2024

Rəşad Sadıqov: “Artıq millidən getməyimin vaxtıdır”

Rəşad Sadıqov: “Artıq millidən getməyimin vaxtıdır”

“Bizi ciddi rəqib gözləyir. Matça yaxşı hazırlaşmışıq. Sonuncu ev matçımızdır. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək ”.
 
Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib. Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununu Çexiyaya qarşı keçirəcək.
 
Bu görüş Sadıqovun yığmanın heyətində keçirəcəyi sonuncu matç olacaq.
 
“Bu haqda çox danışmaq olar. Sadəcə, bizi oyun gözləyir. Fikrimin dağılmasını istəmirəm. Komanda şəklində matça köklənmişəm. Birinci gündən əlimdən gələni etmişəm. Nə qədər yaxşı və ya pis alındığına azarkeşlər, futbol ictimaiyyəti qərar verə bilər.

Fikrimcə, bu haqda matçdan sonra danışmağa vaxtımız olacaq. Asan qərar deyil. Milli həmişə döyünən ürəyim olub. Amma hər şeyin sonu olur. Əsas odu ki, son vaxtında olsun. Mən də düşünürəm ki, artıq millidən getməyimin vaxtıdır”, deyə R.Sadıqov bildirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.