Fövqəladə Hallar Nazirliyi Astara, Lənkəran və Masallı rayonlarında yağışların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri xilasetmə tədbirlərinin görülməsini davam etdirir.
APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, ötən sutka ərzində Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə suçəkmə işlərinə cəlb olunub.