../img/pics/medium/114909_2kn33dbpia.jpg Türkiyə səfiri: "Xainlər cəzalarını alacaqlar"
../img/pics/medium/114906_aj7ycxa78s.jpg Afil Bəxtiyarova uğurlu yol - Video
../img/pics/medium/114904_ixq4ukm9ss.jpg Cümhuriyyət qurucuları: Xudadat bəy Rəfibəyli
../img/pics/medium/114900_bl8lqw69o5.jpg Unutmamaq unudulmamağın ən yaxşı zəmanətidir
SON XƏBƏRLƏR
18 İyul 2018
17 İyul 2018

“Neftçi”nin bu günə düşməsinin səbəbkarı rəhbərlikdir”

“Neftçi”nin bu günə düşməsinin səbəbkarı rəhbərlikdir” <b style="color:red"></b>

Premyer Liqanın VIII turunda “İnter” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Liderlə oyunöncəsi “bankirlər”in yarımmüdafiəçisi Mirhüseyn Seyidov Qol.az saytının suallarını cavablandırıb.

- Bu tur “Qarabağ”la qarşılaşacaqsınız. Oyuna necə hazırlaşmısız?

- Adi çempionat oyunu kimi hazırlaşmışıq. Keçən oyun “Neftçi”yə uduzduq. Sonra millinin oyunlarına görə fasilə yarandı. 1-2 zədəlimiz var, amma hazırlığımız yaxşı keçib. Normal hazırlaşmışıq.

- “Qarabağ” milliyə daha çox futbolçu verdiyindən, bu cür toplanışlardan sonra komandada yorğunluq olur. Elə futbolçular da çox vaxt bunu dilə gətirirlər. Bu amil “İnter” üçün əlavə üstünlük ola bilərmi?

- Açığı, bizdə də milliyə gedən futbolçular az olmur. Düzdür, “Qarabağ”ın futbolçuları təcrübəlidirlər. Bir çox futbolçusu əsas milliyə dəvət alır. Ancaq nəzərə alaq ki, onların heyəti də genişdir. Bu mənada inanmıram ki, bu, “Qarabağ” üçün hansısa problem yaratsın. Əksinə, bizdə heyətlə bağlı kasadlıq var. Bizə daha çətindir. Digər tərəfdən, 4 gün sonra Çempionlar Liqasında oyunları var. Həmin oyuna yüksək əhval-ruhiyyədə çıxmaq üçün rəqib bizdən daha istəkli olacaq.

- Nizami Hacıyev “Qarabağ”a qarşı oynamayacaq. Səncə, kapitanın yoxluğu oyununuza nə kimi təsir göstərə bilər?

- Nizami kapitandı. Komandanı arxasınca aparandı. Ötən turda da oynamamışdı. Düzdür, onun olmaması ciddi itkidi. Onun mövqeyində oynayan futbolçu Nizaminin boşluğunu doldurmalıdı. Rəqib “Qarabağ”dı. Hər futbolçu bu komandaya qarşı yaxşı oynayıb, özünü göstərməyə çalışır.

- Məlum hadisəyə görə Zaur Svanadze Gürcüstanda idi və “İnter” “Qarabağ”la oyuna baş məşqçisiz hazırlaşdı...

- Xanımı dünyasını dəyişdi, Allah rəhmət eləsin. Svanadze özü Bakıda olmasa da, köməkçiləri burda idi. Bilirsiz ki, köməkçisi öz qardaşı oğludu. Uşaqlar da məsuliyyəti dərk edib, daha istəklə hazırlaşıb. Artıq Svanadze Bakıya gəlib. Oyunöncəsi son məşqi özü keçib.

- Komanda daxilində ümumi əhval-ruhiyyə necədi?

- Normaldı. “Neftçi”yə məğlubiyyətdən sonra ruh düşkünlüyü yarandı. Amma unutmaq omaz ki, rəqib “Neftçi” idi. Onlar bu mövsüm zəif təsir bağışlasalar da, “Neftçi”yə məğlubiyyəti o qədər də böyütmək lazım deyil. “Neftçi” həmişə belə qalmayacaq. Nə vaxtsa öz sözünü deyəcək.

- Vaxtı ilə “ağ-qaralar”ın şərəfini qorumusan. Yenidən sabiq komandana qayıdışın gözlənilirmi?

- Hələ ki, açıq danışığımız olmayıb. Ordan-burdan eşidirəm. Çünki Tərlan müəllimin o qədər vaxtı da yoxdur ki, bu barədə aramızda hansısa danışıq olsun. Sağ olsun, hörmətimi saxlayır. Arada görüşürük. Amma açıq söhbət olmayıb. “İnter”lə də müqaviləm var. Qışı gözləyək. Ondan sonrakı proseslərə baxarıq. Tam əminliklə demirəm, amma nə vaxtsa “Neftçi”yə qayıtmaq qismət ola bilər. Yəqin ki, “Neftçi”ni belə saxlamazlar. Qışda yeni futbolçular alınacaq. Çünki hazırkı mövqeyi bu komandaya yaraşmır.

- “Neftçi”dən söz düşmüşkən, bu gün komandanın belə uğursuz çıxışının səbəbini nədə görürsən?

- “Neftçi” bu gün yerli oyunçudan əziyyət çəkir. Öz adımı çəkməyim, düzgün çıxmaz. Araz, Elvin, Slavik var idi ki, bu gün klublarında yaxşı çıxış edirlər. “Neftçi” bu cür futbolçuları əldən buraxdı, indi də əziyyətini çəkir. Yeni rəhbərlik gələndən onra hər şey dəyişdi. Hər hansı məğlubiyyətdən sonra uşaqları tanımadıqları halda uzaqlaşdırdılar. Bu, düzgün addım deyildi. Böyük səhv elədilər. “Neftçi”də yerli uşaqlar bir yumruq kimi idi, onu dağıtdılar. Nəticədə kollektiv pozuldu.

- Yəni komandanın acınacaqlı duruma düşməsində 1 nömrəli günahkar rəhbərlikdi?

- İnciməsinlər, amma belədi. O vaxt bizi çıxaranda da ciddi problem yox idi. Bilirdik ki, büdcə azalacaq. “İnter”ə gələndə də vəziyyəti bilirdik. Biz heç vaxt pul davası etməmişik. Çağırıb, hər şeyi izah etsəydilər, bizdən kömək istəsəydilər, canla-başla kömək edərdik. Bizim üçün qürur hissi olardı. Amma bunlar elə etmədilər. Məşqçi heç nə demədən bəzi yerli uşaqları komandadan kənarlaşdırdı. Vallah, kimisə göndərmək elə də çətin iş deyil. Yetişdiyin klubda can qoyursan, sonluq belə olanda ruhdan düşürsən.

- “İnter”də vəziyyət necədi? Maaşlar verilirmi?

- Şükür, pis deyil. Sadəcə ötən ayın maaşları qalıb. Rəhbərlik söz verib ki, tezliklə maaşlar ödəniləcək. Heç bir problem olmayacaq.

- Son olaraq, Rəşad Sadıqovun milli karyerasını başa vurması ilə bağlı nə deyə bilərsən?

- Rəşadın oynadığı futbol hamıya bəllidi. Onun lider keyfiyyətlərini hamı bilir. Ancaq 3 cəbhədə mübarizə aparmaq çox çətindi. Milli oyunları daha ağır keçir. Yaşına görə, ola bilsin, ona bir az çətindi. Bu gün həm məşqçi, həm də futbolçu kimi “Qarabağ”a dəstək olur. Azərbaycan futbolu üçün ciddi itki olacaq. Ola bilsin, Rəşad kimisi bir daha futbolumuza gəlməəcək. Lakin yetişən gənclər Rəşadı layiqincə əvəz etməyə çalışacaqlar.


 
Bölmənin digər xəbərləri
“Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa çıxıb. ...
18.07.18
FİFA reytinq siyahısını yeni metodla açıqlayacaq FİFA reytinq siyahısını yeni metodla açıqlayacaq
FİFA 2 gündən sonra milli komandaların reytinq siyahısını açıqlayacaq....
17.07.18
Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə etdi Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə etdi
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi topunu hədiyyə edib....
16.07.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Fransa DÇ-2018-in qalibi oldu Fransa DÇ-2018-in qalibi oldu
Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulub....
15.07.18
Belçika millisi DÇ-2018-in bürünc mükafatçısı oldu Belçika millisi DÇ-2018-in bürünc mükafatçısı oldu
Bu gün DÇ-2018-in bürünc mükafatçısı müəyyənləşib....
14.07.18
“Çelsi”nin yeni baş məşqçisi məlum oldu “Çelsi”nin yeni baş məşqçisi məlum oldu
Antonio Konte ilə yollarını ayıran “Çelsi”nin yeni baş məşqçisi müəyyənləşib....
14.07.18
2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək 2022-ci il futbol üzrə dünya çempionatı noyabr-dekabr aylarında keçiriləcək
2022-də ildə Qatarda keçiriləcək futbol üzrə Dünya Çempionatı noyabr-dekabr aylarında keçiriləcək....
13.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Xorvatiya tarixində ilk dəfə mundialın finalında Xorvatiya tarixində ilk dəfə mundialın finalında
Bu gün dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. ...
12.07.18
“Qarabağ” “Olimpiya”ya qalib gəldi “Qarabağ” “Olimpiya”ya qalib gəldi
“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə qoşulub. ...
12.07.18
Deputatların çoxu Deputatların çoxu "Xorvatiya" deyir
Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatı artıq başa çatmaq üzrədir. ...
11.07.18
Ronaldo “Yuventus”a keçməsinin səbəbini açıqladı Ronaldo “Yuventus”a keçməsinin səbəbini açıqladı
“Real” və Madriddəki bu illər bəlkə də həyatımın ən xoşbəxt dövrü idi. Şəhərə və kluba hədsiz dərəcədə minnətdaram”....
11.07.18
Fransa dünya çempionatının finalında Fransa dünya çempionatının finalında
Bu gün dünya çempionatında ilk finalçının adı məlum olub....
11.07.18
Ronaldo Ronaldo "Yuventus"da - "Real" rəsmən açıqladı
“Real”ın hücumçusu Kriştiano Ronaldo karyerasını “Yuventus”da davam etdirəcək. ...
10.07.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.