“Biz cəbhə xəttində ölüm hallarının olmaması, gərginliyin daha da azaldılması üçün tədbirlərin görülməsi ilə bağlı anlaşdıq. Azərbaycan prezidenti və mən bu məsələdə çox maraqlıyıq”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra yerli erməni icması ilə görüşdə Ermənistan prezidenti Serj Sarkisyan deyib.
O bildirib ki, Azərbaycan prezidenti problemin mürəkkəbliyini çox yaxşı dərk edir.