https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

Mənsimov: “Təkcə Arşavin yox...”

Mənsimov: “Təkcə Arşavin yox...”

“Xəzər Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Andrey Arşavini transfer etmələrinə dair iddialara münasibət bildirib.

Mənsimov Lent.az-a eksklüziv açıqlamasında bildirib ki, təkcə rusiyalı hücumçunun deyil, digər tanınmış futbolçuların da “ağ-yaşıl” formanı geyinməsini mümkün sayıb: “Bir klub prezidenti kimi Arşavinlə müqavilə bağlamadığımızı bəyan edirəm. Amma deyə bilmərəm ki, onun gələcəkdə komandamızda yer alma ehtimalı ümumiyyətlə yoxdur. Sabah nə desən ola bilər. Gələcəkdə təkcə Arşavin yox, dünyanın digər tanınmış futbolçularının da “Xəzər Lənkəran”a keçidi mümkündür. Amma hələlik belə bir şey yoxdur”

Qeyd edək ki, “Eurosport”un verdiyi məlumata görə, İngiltərə “Arsenal”ı ilə müqaviləsi başa çatan rusiyalı futbolçu Andrey Arşavinə “Xəzər Lənkəran” ildə 20 milyon funt sterlinq ödəməyə hazırdır. Bu, dünyanın transfer tarixinə düşəcək təkliflərdəndir.

Keçid baş tutsa, Arşavin həftədə təqribən 400 min funt qazanacaq. Bununla da ulduz futbolçu Rusiya “Anji”sində forma geyinən və həftədə 330 min funt qazanan Samüel Eto O-nu geridə qoyacaq.

Qeyd edək ki, Andrey Arşavinlə İngiltərənin “Fulhem” klubu da maraqlanır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.